image-qanunla-reklam
image-israil-ordusu

İsrail bu bölgədə antiterror əməliyyatına başladı

image-lady-day-az

İsrail İordan çayının qərb sahilindəki Tulkarm şəhəri yaxınlığındakı fələstinlilərin “Nur Şəms” qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Qanunla.Az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“İsrail ordusu, Sərhəd Polisi və Baş Təhlükəsizlik bölmələri “Nur Şəms” qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb, bu əməliyyat zamanı onlarla şübhəli şəxs dindirilib, 6 axtarışda olan şəxs saxlanılıb, hərbi texnika müsadirə edilib.

Əməliyyat zamanı İsrail hərbçilərinə partlayıcı atan terrorçular PUA vasitəsilə zərərsizləşdirilib. Hazırda əməliyyat davam edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə basqınları zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 18 fələstinlini saxlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki