image-970_50
image-beni-gac

İsrail: İranı vurmağa hazırıq

image-728_90

İsrail müdafiə naziri Benni Qantz Tehranın Yaxın Şərq və dünya, eləcə də ölkəsi üçün təhdid olduğunu və İranı vurmağa hazır olduqlarını bildirib.

Qanunla.Az  xəbər verir ki, bu barədə o, “Yediot Aharonot” qəzetinə müsahibəsində deyib.

B.Qantz son günlərdə Təl-Əvivlə Tehran arasında artan gərginliyi qiymətləndirib:

“İran regional və beynəlxalq bir problemdir. Dünya bunun nümunəsinə cümə günü şahid oldu. Bu, hər kəsin başına gələ bilər”.

Qeyd edək ki, ötən həftənin cümə günü Oman körfəzində İsrailə məxsus “Mercer Street” tankeri hücuma məruz qalmışdı. Hücumun İran tərəfindən edildiyi bildirilir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki