İsrail ordusu “Hizbullah”ın Livanın cənubundakı silah anbarlarına aviazərbələr endirib.
Qanunla.Az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti özünün “Telegram” kanalında məlumat yayıb.
Zərbənin Ayta əş-Şaabda həyata keçirildiyi bildirilir. Məlumatda həmçinin Matmura bölgəsindəki hərbi obyektin və Şeba bölgəsindəki silah obyektinin də atəşə məruz qaldığı qeyd olunur.
“Bundan əlavə, Livanın cənubundakı Ət-Tiri bölgəsində “Hizbullah”a aid raket kompleksi də zərərsizləşdirilib”, – deyə məlumatda bildirilir.