image-qanunla-reklam
image-israil-teyyare

İsrail ordusu Livan ərazisinə zərbələr endirdi

image-lady-day-az

İsrail Hərbi Hava Qüvvələri Livan ərazisində Hizbullah hərəkatının hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

Qanunla.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Livanın cənubundakı Cibbin kəndi ərazisində bir neçə hərbi infrastruktur obyektində Hizbullah silahlı birləşmələrinin üzvlərinin olmasını qeydə alıblar. Bundan sonra sözgedən obyektə zərbə endirilib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kfar Killa, Halta, Şama yaşayış məntəqələri yaxınlığındakı Hizbullah hədəflərinə hücum edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki