image-qanunla-reklam
image-906c956729d3b5515b923939ca693c60

İsrail Qəzzəyə tam nəzarət planı qurur – Böyük müharibə başlayır?

image-lady-day-az

İsrail ordusu Qəzza zolağında böyük hərbi əməliyyata başlamağa hazırlaşır.

Qanunla.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının böyük hissəsinin ələ keçirilməsi və nəzarət altına alınması HƏMAS hərəkatı üzərində qəti qələbənin əldə olunmasına yol açacaq.

Nəşr qeyd edir ki, Baş nazir Binyamin Netanyahu və onun yaxın çevrəsi yeni ABŞ administrasiyasının dəstəyini və Livanda “Hizbullah”ın zəifləməsini fürsət kimi dəyərləndirir.

Bu amillər İsrail ordusunun belə bir əməliyyat aparmaq üçün kifayət qədər imkan əldə etdiyini göstərir.

Rəsmi Tel-Əviv hələlik bu iddialara münasibət bildirməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki