image-qanunla-reklam
image-fotojet-39

İsraildə 60 yaşdan yuxarı insalara koronavirusun dördüncü dozası vurulacaq

image-lady-day-az

 

İsrailin Baş naziri Naftali Bennett səhiyyə şurasının tövsiyəsi çərçivəsində, yaşı 60-dan yuxarı olan vətəndaşlara və tibb işçilərinə yeni növ koronavirusla mübarizədə 4-cü doza peyvəndi tətbiq etməyi tapşırıb.

İsrailin bu addımla dünyada müəyyən qruplara dördüncü doza tətbiq edən ilk ölkə ola biləcəyinə, 60 yaşdan yuxarı vətəndaşlar və risk qrupunda olan tibb işçilərinin isə peyvəndin üçüncü dozasından 4 ay sonra dördüncü dozanı vurdudacağına diqqət çəkilib.

İsrail Səhiyyə Nazirliyinin səhiyyə şurası ölkədə daha 170 nəfərdə “Omikron” variantı aşkarlandıqdan (ümumilikdə 341 nəfər) sonra müvafiq qərar verib.

Qeyd edək ki, İsraildə virusun “Omikron” variantından ölüm qeydə alınıb. Məlumata görə, 75 yaşı olan həmin şəxs peyvəndin cəmi iki dozasını vurdurub və ikinci peyvəndin üzərindən 6 aydan çox vaxt keçib.

Xatırladaq ki, İsrail koronavirusun yeni variantına görə noyabrın sonundan etibarən əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki