image-qanunla-reklam
image-erdogan

İstanbulda razılaşmaya bir neçə saat qalmışdı – Orban

image-lady-day-az

2022-ci ildə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar sübut edir ki, münaqişənin həlli mümkünsüz deyil.

Qanunla.Az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban bildirib.

O qeyd edib ki, 2022-ci ilin aprelində Rusiya və Ukrayna İstanbulda danışıqlarda ilkin razılığa gəliblər və bu, bir sıra Qərb ölkələrinin təzyiqi ilə baş tutmayıb:

“Razılaşmalar kağız üzərində qeydə alınıb və razılığın əldə olunmasına cəmi bir neçə saat qalmışdı”.

O, Qərbin niyə belə addım atdığını başa düşmədiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki