image-qanunla-reklam
image-1718387687-qeza-4-620x403

İstirahətə gedən ailə Şabranda qəzaya düşdü

image-lady-day-az

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az-ın Şimal bürosunun məlumatına görə, yük maşını (TIR) yolda hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə edən “VAZ-21099” markalı minik avtomobilinə arxadan çırpılıb.

Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri – 1975-ci il təvəllüdlü Əliyev Eldar Məmmədəli oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Aygün Rəhbət qızı, 2007-ci il təvəlludlü L. Əliyeva, 2008-ci il təvəllüdlü E. Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki