image-qanunla-reklam
image-916ba7f63d826f6ddefdc51df309995a

İsveçrə sülh danışıqlarını qanunlardan ÜSTÜN TUTDU – Putinə QAPI AÇIR

image-lady-day-az

İsveçrə Putini Trampla görüşə gəlsə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs etməyəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, İsveçrə Roma Statutunu imzalayıb və ratifikasiya edib.

Bu, hüquqi baxımdan ölkəni 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə əlaqədar çıxarılan həbs orderinə uyğun olaraq Putini həbs etməyə məcbur edir.

Bununla yanaşı, qəzet qeyd edir ki, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Nikola Bido ölkənin ərazisində sülh danışıqlarının aparılması üçün hökumətin istisna etmək səlahiyyətinə malik olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki