Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkiyə 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş Jalə Əliyeva Zərdab rayonun Heydər Əliyev Mərkəzində təhsil işçiləri ilə sonuncu görüşünü uğurla həyata keçirib.
Azərbaycan respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Qanunla.Az xəbər verir ki, vəkillər Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova, Təhminə Səfərəliyeva edərək çıxış edərək Jalə Əliyevanın seçki platforması haqqında seçicilərlə geniş məlumat veriblər.Və seçiciləri 1 sentyabrda fəal olmağı və Jalə xanıma səs verməyə çağırıblar.
Görüşdə çıxış edən deputatlığa namizəd Jalə Əliyeva ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. O, xalqımızın tarixi zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.
Xanım namizəd daha sonra seçki platformasından danışaraq seçiciləri parlament seçkisində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Seçicilər 1-sentyabr seçkilər günü seçki məntəqələrinə gələrək öz real namizəd Jalə Əliyevaya səs verəcəklərini bəyan ediblər.
Qanunla.Az Vüqar Rəhimov