image-qanunla-reklam
image-sadir-japarov

Japarovdan COP29 açıqlaması: Ən yüksək səviyyə…

image-lady-day-az

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı və keçirilməsini yüksək qiymətləndirib.

Qanunla.Az xəbər verir ki, bunu Qırğızıstan prezidenti COP29-un təşkilat səviyyəsi ilə bağlı suala cavabında bildirib.

“Çox yaxşı, ən yüksək səviyyədə”, – S.Japarov vurğulayıb.

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov xanımı Aygül Japarova ilə birlikdə noyabrın 11-də COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Qırğız Respublikasının birinci xanımı Aygül Japarova noyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın himayəsi altında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki