image-qanunla-reklam
image-1624532208_arzu-naiyev

“Jurnalistlərimiz şəhadəti şərəf bilən xalqımızın Vətən müharibəsindəki qələbəsində mühüm rol oynayıb”

image-lady-day-az

Arzu Nağıyev: “Media nümayəndələri ilə belə görüşlərin keçirilməsi faydalı və arzuediləndir”

Xəbər verdiyimiz kimi, dünən Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. Görüş əsnasında  cəbhədə döyüşmüş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər.

Qanunla.Az-a açıqlamasıdna müharibədə iştirak edən media nümayəndələri ilə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətinə toxunan millət vəkili Arzu Nağıyev, belə görüşlərin bir çox baxımdan mühüm önəm kəsb etdiyini bildirib:

“Məni bir millət vəkili kimi düşündürən əsas məsələlərdən biri hərbi jurnalistikanın inkişafıdır. Jurnalist kollektivi ilə mütəmadi işləyən bir şəxs kimi media nümayəndələrimizin gördüyü işlərə, onların əməyinə yaxından bələdəm. Bu baxımdan Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin 44 günlük Vətən müharibəsində iştirak edən jurnalistlərlə bu cür görüşlər keçirməsi faydalı və arzuediləndir.

Media ilə çalışan qurumlar jurnalistlərə dəstək verməli, daim onların yanında olmalıdır. Çünki jurnalistlərimiz Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan ordusunun və şəhadəti şərəf bilən Azərbaycan xalqının qələbəsində mühüm rol oynayıb, baş verənləri bütün dünyaya göstəriblər. Bu məsələdə jurnalistlərimizn xidməti danılmazdır. Odur ki, onların xidmətinin daim diqqətdə saxlanılması vacibdir və gələcək fəaliyyət baxımından da ciddi əhəmiyyətə malikdir ”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki