image-qanunla-reklam
image-seymur-1-e1608561614552

“Jurnalistlərin məmurlara yaltaqlanmaqdan canı qurtardı” – Baş redaktor

image-lady-day-az
“Dəfələrlə demişəm, yenə o fikirdəyəm ki, mətbuatın məmurlardan asılılığına son qoyulmalıdır. Jurnalistlərə sərbəstlik verilməli, onların effektiv ictimai nəzarət mexanizmi qurmağına şərait yaradılmalıdır. Mətbuat iqtidarın ayrı-ayrı nümayəndələrinin buyruqçusu deyil, sözün həqiqi mənasında dördüncü hakimiyyət olmalıdır”.
Turkustan.info xəbər verir ki, bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Moderator.az-a deyib.
Baş redaktor bildirib ki, Prezident Administrasiyasında mətbuata məsul olan şəxslərin 2019-cu ilin noyabrında işdən çıxarılmasından sonra bu sektorda müsbət dəyişikliklər baş verib, jurnalistlərin və oxucuların arzusunda olduğu canlanma yaranıb: “Öz qeyri-peşəkar rəhbəri ilə birlikdə tarixin arxivinə göndərilmiş KİV DF adlı qurumun bütün fəaliyyəti azad mətbuatı boğmağa, jurnalistləri məmurlardan asılı vəziyyətə salmağa yönəlmişdi. Mən həmişə KİV DF-nin ayrı-ayrı dövlət qurumları ilə birgə müsabiqə keçirməyinin əleyhinə olmuşam. Təsəvvür edin ki, Binəqədi  rayon İcra Hakimiyyəti ilə birlikdə “Binəqədidəki sosial-iqtisadi inkişafın mətbuatda təşviqi” mövzusunda müsabiqə keçirilirdi. Binəqədidə dizə kimi palçığa batan jurnalist 5 manat puldan ötrü Binəqədini təriflyib Parisə tay tutmalıydı. Jurnalisti bu qədər aşağılamaq olmaz!”
Seymur Verdizadə deyib ki, KİV DF-nin rəhbərliyi dəyişəndən, xüsusilə bu qurum MEDİA-ya çevriləndən sonra nəzərəçarpan keyfiyyət dəyişikliyi baş verib. Onun sözlərinə görə, MEDİA-nın keçirdiyi müsabiqələr daha ədalətlidir, dostbazlıq, qohumbazlıq bir meyar kimi önə çəkilmir: “MEDİA yeni müsabiqə elan edib. Əslində, yenilik edib. Bu dəfə son 3 ayda yazılmış ən yaxşı məqalələr mükafatlandırılacaq. Bu təşəbbüsü alqışlayıram! Daha jurnalistin boğazdan yuxarı yazı yazmağına ehtiyac yoxdur. Jurnalistlərin məmurlara yalatqlanmaqdan canı qurtardı. Biz ancaq bu cür peşəkar yanaşma ilə mətbuatı irəli apara, inkişafa nail ola bilərik”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki