image-qanunla-reklam
image-1630310587-big_kabil_23747667

Kabilə endirilən raket zərbəsində 9 dinc sakin öldü

image-lady-day-az

ABŞ Silahlı Qüvvələrinin bazar günü Kabilə endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər həlak olub. Onların hamısı eyni ailənin üzvləridir.

Qanunla.Az  xəbər verir ki, bu barədə “CNN” qurbanların yaxınlarına istinadən məlumat yayıb.

Həlak olanların arasında ən kiçiyinin iki yaşı olmaqla, 6 uşaq var.

Xatırladaq ki, Amerika qüvvələri bazar günü Kabildə “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” yaraqlılarının planlaşdırdığı terror aktının qarşısını almaq üçün PUA-dan zərbələr endirib. Yaraqlıların partlayıcı maddə olan avtomobili məhv edilib.

Məlumata görə, ABŞ qüvvələrinin hücumu iki nəqliyyat vasitəsini və bir yaşayış binasını qismən dağıdıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki