image-qanunla-reklam
image-1559330461-qandal-qolda

“Kabus” ləqəbli azərbaycanlı oğru SAXLANILDI

image-lady-day-az

Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

Qanunla.Az report-a istinadən xəbər verir ki, Bakı şəhər, Səbail rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki