image-qanunla-reklam
image-1647252066-eso0005b

Kainatın ən böyük radioqalaktikası kəşf edildi

image-lady-day-az

Romadakı Milli Astrofizika İnstitutunun italyan astronomları NASA-nın Fermi qamma-şüaları teleskopundan istifadə edərək yeni II Sinif radioqalaktika IGR J18249-3243 (FRII) kəşf ediblər. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, qalaktikanın yaydığı çoxlu sayda radio dalğaları sayəsində onu öyrənmək mümkün olub. Bu obyektlərin mərkəzlərindəki qara dəliklər qaz və toz buraxaraq, elektrik yüklü hissəcikləri yüksək sürətə çatdıran yüksək enerjili reaktivlər əmələ gətirir.

IGR J18249-3243 ilk dəfə 2006-cı ildə INTEGRAL Beynəlxalq Laboratoriya kosmik gəmisi tərəfindən Aktiv Qalaktik Nüvə (AGN) kimi kəşf edilib. Əvvəlcə alimlər bunu zəif öyrənilmiş radio mənbələri kateqoriyasına aid edirdilər. Lakin tədqiqatlar göstərdi ki, IGR J18249-3243 ən azı bir nüvədən və iki reaktivdən ibarətdir.

Avropadanlı astronomlar hazırda kainatda ən böyük radioqalaktikanı (GRG) kəşf etdilər. Onun genişliyi 16 milyon işıq ilindən çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki