image-qanunla-reklam
image-1637909891-28e5ef8d-3fd3-3b76-b8eb-821af29be628_850

“KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı

image-lady-day-az

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb.

O, ifadəsində oğurladığı ehtiyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki