image-qanunla-reklam
image-kanada-xin

Kanadada istidən 700-dən çox insan öldü

image-lady-day-az

Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində isti hava ilə bağlı 700-dən çox insan ölüb.

Qanunla.Az  xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.

O qeyd edib ki, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb:

“Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki