Karsk dənizində K-19 sualtı qayığının nüvə reaktorunun konteyneri tapılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Şimal Buzlu okeanda ekspedisiyada olan Rusiyanın “Akademik Mstislav Keldış” gəmisinin heyəti Ambrosiyev körfəzində həyata keçirdikləri hidrolokasiya çəkilişləri zamanı nüvə reaktorunu aşkarlayıblar.
Mütəxəssislər tapıntı ilə bağlı araşdırmalara başlayıblar.