image-970_50
image-img_20211018_072052

Kəbədə uzun fasilədən sonra sosial məsafəsiz namaz qılındı

image-suni_mayalanma_qiymeti

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılması Kəbədəki ibadətlərdə də öz əksini tapıb.

Belə ki, təxminən il yarımlıq fasilənin ardından müqəddədəs ziyarətgahda camaat namazı sosial məsafəsiz qılınıb.

Müvafiq məlumatı ölkənin Həcc və Ümrə Nazirliyi yayıb.

Zəvvarlar ara məsafəsi saxlamadan saf tutaraq ibadət ediblər.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanında açıq havada maska rejimi ləğv olunub. Həmçinin iki doza peyvənd olunanların Kəbə və Peyğəmbər məscidlərinə say məhdudiyyəti olmadan girişinə izacə verilib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki