İyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə istintaq davam edir.