image-qanunla-reklam
image-1681888075-fotojet

Keçmiş arvadının işlədiyi kafedə dava saldı, həbs edildi

image-lady-day-az

Naxçıvanda kafedə dava salan şəxs həbs olunub.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, aprelin 17-də Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, Culfa rayonu Yaycı kənd sakini Məhəmməd Əliyev (soyad şərtidir) keçmiş həyat yoldaşı Əfsanənin işlədiyi kafeyə gedərək orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə kafedə səs-küy salıb, söyüş söyüb, kafenin müdiri ilə Əfsanəyə görə dalaşıb.

Hadisə yerinə polis çağırılıb.

Məhəmməd barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib.

Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə o, 6 gün müddətinə inzibati qaydada həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki