image-qanunla-reklam
image-1645692317-5a2fa6b37b1a2_qadin_tutul

Keçmiş bələdiyyə sədri olan qadın 16 min manatlıq dələduzluq etdi

image-lady-day-az

2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba rayon prokurorluğundan “Qanunla.az”a verilən məlumata görə, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub.

Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə)  və digər  maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki