image-qanunla-reklam
image-1629711475-4064651

Keçmiş prezident həbsxanada intihara cəhd etdi

image-lady-day-az

Boliviyanın keçmiş müvəqqəti prezidenti Jeanine Anezin həbsxanada intihara cəhd edib. 

Qanunla.Az xəbər verir ki, Boliviyada, 2019 -cu ilin noyabrında ordunun təzyiqi nəticəsində prezident Evo Moralesin istefa verməsindən sonra müvəqqəti prezidentlik vəzifəsinə keçən Jeanine Anezin, həbs edildiyi həbsxanada intihara cəhd etdiyi açıqlanıb.

Hökumət  rəsmisi Eduardo del Castillo mətbuat konfransında Anezin həbsxanada özünə zərər verdiyini təsdiq edərək, “Anezin günün əvvəlində özünə zərər verməyə çalışdığını Boliviya xalqına çatdırmaqdan təəssüflənirəm. Qolların birində kiçik cızıqlar var, amma narahat olmağa dəyməz. Anezin səhhəti stabildir “,- deyə  məlumat verib.

Anezin intiharcəhdi  ilə  bağlı istintaq işləri  başladılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki