image-970_50
image-5b373b6922c5b_tutuldu

Keçmiş prokurorun oğlu “patı” satarkən yaxalandı

image-728_90

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda “patı” satarkən yaxalanıb.

Qanunla.Az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki