image-qanunla-reklam
image-img_20211124_103507

Kəlbəcər rayonu

image-lady-day-az

Kəlbəcər rayonu
Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir.Rayon Azərbaycan Respublikasının qərbində yerləşir. Ərazisinin əsas hissəsi dağlıqdır. Kəlbəcər rayonu gözəl təbiətlə, faydalı qazıntılarla,sıx meşələrlə zəngindir.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olnub. Erməni vandalizimi burada müxtəlif cinayətlər törədib. Həmin cinayətlər nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər insani əsir götürülmüşdür. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə,145 kənd, 55 izibati ərazi dairəsi ermeni vandallari tərəfindən tutulub. Rayonun işğalı nəticəsində 60 min nəfər öz dədə-baba yurdundan didərgin salınmışdır.
Kəlbəcər rayonu ərazisində Tərtər çayları və onun ətrafında yerləşən süni mağaralar 30 min il bundan əvvələ aid yaşayış məsgənləri, qədim türk əlifbasına aid nümunələr aşkar edilmişdir.
27 il sonra Ermənistan silahlı qüvvələri tərəfindən, işğal olunmuş ərazilərimizdən Azərbaycanın yeni ərazilərini işğal etmək arzusu ilə müxtəlif təxribatlar törətməyə başladılar və nəhayət 27 sentyabr 2020-ci il tarixindən Azərbaycanın silahlı qüvvələri erməni terorunun qarşısını almaq məqsədi ilə əks hücum əməliyyatı həyata keçirərək qısa zaman ərzində erməni qəsbkarlarını işğal olunmuş ərazilərimizdən qovaraq çıxarmağa başladı.həmin tarixdən etibarən Azərbaycan silahlı qüvvələri işğal altında olan torpaqları müxtəlif zamanlarda işğaldan azad etməyə başladı. Bir çox inzibati ərazilər, əhəmiyyətli yüksəkliklər işğaldan azad olunduqdan sonra imzalanmış üçtərəfli bəyanata əsasən , noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər rayonuda daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Həmin gündən etibarən bayrağımızın dalğalanmasına nail olduq.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il noyabrın 26 -da “Kəlbəcərin azad olunmasına görə ” medalı təhsis edildi. Azərbaycan Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Kəlbəcər rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.
Artıq bizim qarşımızda duran əsas məqsədlərmizdən biridə Kəlbəcərdə quruculuq işləri aparıb, onu yenidən qurmaqdır.

Babazadə Mahmud
Saatlı rayon Nəsimikənd kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki