Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Kəlbəcər Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qərb sərhədi arasında yerləşir. Dik dağ silsiləsi arasında yerləşən, bölgənin müharibə vaxtı əhalisi təqribən 45.000–60.000 nəfər etnik azərbaycanlılar və kürdlərdən ibarət idi. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. Qarabağ müharibəsi başlayan kimi həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu. 1990-cı il iyul ayının 11-də erməni separatçıları tərəfindən “Tərtər – Kəlbəcər” sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı. Erməni mənbələrdən əldə edilən məlumata görə, hücum üç istiqamətdən hazırlanırdı: Laçın, Vardanis, Dağlıq Qarabağ. Bu vaxta qədər ağır texnika və ordu bölmələrinin Dağlıq Qarabağa çıxarılması, onların Laçının işğal olunmuş hissəsində və Kəlbəcərlə sərhəddə cəmləşməsi sürətlə gedirdi. Hərbi texnikanın maneəsiz keçməsi üçün Zod aşırımı ərazisində yolların minalardan təmizlənməsi işi gedirdi. Martın 27-də günün ikinci yarısında erməni ordusunun hissələri Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücuma keçdi. Respublikanın qərbində yerləşən bu rayon həm Ermənistanla, həm də Dağlıq Qarabağla həmsərhəddir. Kəlbəcər rayonuna hücumu hər iki tərəfdən erməni hissələri həyata keçirirdi. Hücumda Ermənistanda yerləşən Rusiya ordusunun hərbi qulluqçuları iştirak edirdilər.Döyüşlərdə 7-ci ordunun dağ xüsusi təyinatlılarının bölmələri iştirak edirlər. Onlar havadan MiQ-21, MİQ-23, MİQ-25 qırıcıları, həmçinin SU-25, SU-27 hücum təyyarələrilə dəstəklənirdi. Beləliklə Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır; Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcərin 77 min nəfər əhalisi respublikanın 56 rayonunun 1000-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular.
Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin psixoloqu Zöhrab Şıxlı.
25 noyabr – Kəlbəcər şəhəri günü
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonunun yəni Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində çay üstündə qala deməkdir.Qarabağımızın gözəl guşəsi olan Kəlbəcərdə i mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Burada bir sıra çox dəyərli metal olan qızıl , mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib. Bu faktorlar isə Kəlbəcərin dəyərli streteji əhəmiyyətini göstərir. I Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu 1993 cü ildə 2 aprel tarixində ermənilər tərəfindən işğal edilmişdirş İşğal nəticəsində 511 dinc sakin öldürülmüş , 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Hələ Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarixi zəfərin hər zaman xatırlanması üçün Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər