Sentyabrın 17-də Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəlbəcərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müvafiq icazə olmadan getmək istəyən rayonun Toğanalı kənd sakini Zaman Verdiyev saxlanılıb.
Həmin şəxs polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onun həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Məhkəmənin qərarı ilə Z.Verdiyev barəsində inzibati tənbeh tədbiri görülüb.