image-qanunla-reklam
image-200041_txaashja8k

Kəlbəcərin işğaldan azad edilməsi Prezident İlham Əliyevin qalib Sərkərdə olduğunu bir daha sübut edir

image-lady-day-az

Kəlbəcərin işğaldan azad edilməsi Prezident İlham Əliyevin qalib Sərkərdə olduğunu bir daha sübut edir.

Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə Ermənistana qarşı heç bir təsir göstərməmişdir. Nəticədə isə  BMT-nin qəbul etdiyi beynəlxalq qətnamə 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır.
Lakin Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər  nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.  Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın  26-da “Kəlbəcərin azad olunmasına görə” medalını təsis edərək rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusunu təltif etmişdir.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Ölkə başçısı cənab  İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmışdır.  Səfər zamanı dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşlar. Çəkilən yeni yol Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcəkdir. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur.  Səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir.  Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari ilin 16 avqust tarixində reallaşan səfərlərindən sonra Kəlbəcər rayonunda    bərpa-quruculuq işlərinə rəsmi olaraq start verilmişdir.
Artıq Kəlbəcər rayonu da daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Kəlbəcər qədim yaşayış məskənlərindən biridir

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Kəlbəcərdə Alıbəyli, və Zar  kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında, İstisu yaylaqlarında məskunlaşma başa çatıb. Rayonun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Kəlbəcər rayonu

8 avqust 1930-cu ildə Kəlbəcər rayonu inzibati-ərazi vahidi yaradılıb, inzibati mərkəzi Kəlbəcər şəhəridir. Rayonun ərazisi 1936 kvadrat kilometr, 128 kənddən ibarət olmaqla Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir. Rayon Murovdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının bir hissəsində yerləşir. Ərazinin yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Ərazidə ölkəmizin ən böyük çaylarından biri olan Tərtər çayının yuxarı axarı və qolları Bazarçay Xaçınçay rayon ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir. Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılmışdır. Rayon ərazisində faydalı qazıntıları olan qızıl, civə, qum, çınqıl, mışar daşı və mineral sular mövcuddur.
Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Tarix-Mədəniyyət abidələrmiz olan Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal dövründə erməni vandalları tərəfindən dağıdılaraq viran edilmişdir.

Şəhla Eminova –əməkdar müəllim

 

Kağız üzərində qalmış beynəlxalq qətnamə

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Müzəffər Ali Baş Komandan, cənab prezidentimiz ilham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər nəticəsində 10 noyabr 2020-ci ildə imzalanan sülh bəyanata əsasən 25 noyabrda erməni silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Rasim Hüseynov –Rayon Ağsaqqallar Şurasının sədri

 

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir

Azərbaycan Respublikasının Prezidenti vənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan qurtarmış ərazilərimizə dəfələrlə səfərlər edib və bütün dünyaya göstəriblər ki, şəhidlərin qanı bahasına geri alınmış torpaqlarımızın hər qarışı ən ali səviyyədə sevgi etirafları ilə daha da şərəflənir. Bu gün Kəlbəcər genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Pilot layihələr kimi bu rayonun arıçılıqla və heyvandarlıqla məşğul olan sakinləri dağlar qoynuna gəliblər, şərait yaradılıb ki, onlar öz təsərrüfatlarını yaradıb işə başlasınlar və artıq bu işlərə də start verilib. Yenidənqurmanın coğrafiyası durmadan genişlənir. Dövlətimizin başçısı öncə Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyub. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək – 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Ermənilər 30 il ərzində bizim torpaqlarımızı yalnız istismar edib, təbii sərvətləri talayıb, evləri dağıdıb, söküblər. Utanmadan da deyirdilər ki, bura erməni torpağıdır. Amma yalan ayaq tutsa da, yeriməyib. Buralar heç vaxt erməni torpağı olmayıb və bundan sonra olmayacaq. Azərbaycan torpağı murdar götürməz. Biz azərbaycanlılar – bu torpaqların sahibləri ulu yurd yerlərimizə qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, onun ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN AZAD OLUNMUŞ KƏLBƏCƏRƏ SƏFƏRİ

Kəlbəcər rayonu strateji bölgə hesab edilir.Kəlbəcər rayonu 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmişdi.Bununla da Ermənistanla Qarabağ arasında əlaqə yaranmışdı.Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı.Lakin 2020-ci ildə Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan Kəlbəcər rayonu düşmən işğalından tamamilə xilas olundu.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir güllə atmadan Kəlbəcər rayonunu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Cənab Prezidentin Kəlbəcər rayonuna səfəri tarixi hadisə hesab edilməlidir.
İşğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər də Prezidentimizin göstərişi ilə bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.
“Qarabağ, Şərqi Zəngəzur bölgələri, eləcə də Kəlbəcər rayonu barədə həqiqətləri bütün cəmiyyətimiz, xüsusilə də gənclərimiz bilməlidir”. Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan Kəlbəcər kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi.İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı.Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi.İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi. Hər bir azərbaycanlı bilməlidir ki, satqın və xilaskar kimlərdir.Biz tariximizi nə qədər dərindən öyrənsək, satqınlıq və xilaskarlıq tarixini nə qədər yaxşı bilsək, bir o qədər də güclü, qüdrətli olacağıq, haqqımız olanı təmin edəcəyik, hər kəsi yeni reallıqla barışmağa məcbur edəcəyik.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban  Əliyevanın  Kəlbəcər rayonuna səfəri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin sevincini hər birimizə yaşatdı. Ölkə başçısının Kəlbəcərə qədəm qoyması ilə, sanki Kəlbəcərin hər bir dağı-daşı, gülü-çiçəyi dil açıb öz xilaskarını salamlayırdı.Bizim isə sevincimizin həddi-hüdudu yox idi.Hamı bir-birini bu xoş gün münasibəti ilə təbrik edir, bir-birinə gözaydınlığı verirdi.Bu, bir faktdır ki, Müzəffər Ali Baş Komandan o bölgələrə ayaq basandan sonra bizim də həmin torpaqlara dönəcəyimiz günün uzaqda olmadığına əminlik hissimiz artır.
Prezidentimizin bu səfəri Ermənistan tərəfinin son zamanlar Azərbaycanın sərhəd bölgələrində, xüsusi ilə Kəlbəcər və Naxçıvan ərazilərində atəşkəsi pozması, müxtəlif yalanlar səsləndirməsi dövrünə təsadüf etdi. Bu məqamda həm səfərin özü, həm də Azərbaycan bayrağının Kəlbəcərdə dalğalandırılması yerinə düşdü.  Bu, Azərbaycan zabitinə, əsgərinə və böyüyən gənc nəslə cəsurluq, qorxmazlıq nümunəsi idi.
Sərkərdə kimi qalib, Prezident kimi ölkəsini inkişaf etmiş dövlətlər sırasına çıxaran, övlad kimi ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev ailə başçısı kimi də bütün gənclərə gözəl bir örnəkdir. Eyni zamanda, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirən Mehriban xanım həm gözəl həyat yoldaşı, həm də sədaqətli silahdaş kimi daim qürurla, fəxrlə cənab İlham Əliyevin yanındadır.İlham Əliyevlə Mehriban xanımın Kəlbəcərdəki səmimi görüntüləri, gözlərindəki sevinc işığı insana xoş duyğular bəxş etdi.
Kəlbəcərdə Prezident İlham Əliyevin tövsiyə xarakterli çıxışları oldu. Ölkə başçısı qeyd etdi ki, Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur.Göyçə mahalı və digər ərazilərin adını dəyişdirərək öz torpaqları kimi qələmə vermək istəyirlər, ancaq həmin ərazilər Azərbaycan torpaqlarıdır və bizim hər birimizin mənəvi borcudur ki, o tarixi yerləri öz adları ilə adlandırıb yaddaşlara həkk edək.
2021-ci il avqustun 16-da  Kəlbəcər rayonuna səfəri dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas diqqətin təzahürüdür. Eyni zamanda əvvəlkilər kimi bu da sıradan bir səfər  deyildi. Bu, xüsusilə İlham Əliyevin Kəlbəcərə müharibədən sonra ilk səfəri olduğu üçün tarixi əhəmiyyət daşıyırdı.Bu, “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” – deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Qələbə sevincinin məntiqi davamı idi. Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza böyük qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi.“Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq.Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” – deyən İlham Əliyev Kəlbəcərdən bir daha torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini bütün dünyaya verdi. İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Kəlbəcərdə ucaltdı.  Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir.
Ermənistan ərazisində olan həmin o torpaqlar Azərbaycana məxsus olub.Xəritələrdə də bu məsələ öz əksini tapıb.Azərbaycanlılar orada əsrlər boyu yaşayıb və həmin ərazilərin adları da bizə məxsusdur.Prezident İlham Əliyev müharibədən əvvəl həmişə deyirdi ki, işğal altında olan bütün torpaqlarımızda bayrağımız dalğalanacaq və belə də oldu.
İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni ab-hava var. Düşmən tapdağından qurtulan bütün yurd yerlərimizə yenidən həyat verilir.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri göstərir ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək.

Könül Rəhimova- Heydər Əliyev Mərkəzinin direktoru

 

KƏLBƏCƏR QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİNDƏN BİRİDİR

Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər.Bu Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir.Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər.Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər damcı suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi.
Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, Şimali-şərqdə Tərtər, Şərqdə Ağdam, Xocalı, Cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724m) və Dəlidağda (3 616 m) yerləşir.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.
Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir.Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır.Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.
1990-cı illərin əvvələrindən başlayan erməni işğalları Kəlbəcərdən də yan ötmədi. 1993-cü il  aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu.
Bu işğal 30 ilə yaxın bir müddət davam etdi.30 ilə yaxın xalqımızın bağrı Qarabağ həsrətilə alışdı yandı.Və nəhayət, bu işğala son qoyulmağın zamanı çatdı. Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyev: “ Qarabağ Azərbaycandır “,- dedi. Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq üçün 44 günlük zəfər yoluna çıxdı. Bəli 44 günlük tayı-bərabəri olmayan, tarix boyu görünməmiş möhtəşəm azadlıq mübarizəsi, vətən müharibəsi və nəhayət o böyük gün , qələbə sevinci. Bu gün Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşmağın sevincini yaşayır.
Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir.Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.
Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu.Bu razılaşmaya əsasən, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü.
Kəlbəcər bizim işğal altında olan ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir.Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir.Vaxtilə ora böyük kurort zonası idi.Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir.Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmışdır. O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.
Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar.Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar.Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər.Onlar kəlbəcərlilərin evlərinə giriblər, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün dünyaya göstərdi.
Azərbaycanın bu tarixi Qələbəsinin istər ölkədaxili, istər regional, istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcəkdir.

Nicat Əhmədzadə- Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

KƏLBƏCƏR RAYONUNDA BƏRPA–QURUCULUQ İŞLƏRİNƏ ARTIQ RƏSMİ START VERİLMİŞDİR

Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri başlanılıb. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib.Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.
”Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”,- deyən prezidentimizin tapşırıqları uğurla icra olunur.
Azad edilmiş torpaqlarımıza səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verib, həmçinin azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində bildirmişdir ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib.Bu da əsas vəzifələrdən biridir.
İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir.Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; 1 obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır.Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib”.
Kəlbəcərdə istilik elektirik sistemləri qurulur: “Azərenerji tərəfindən orada çox böyük işlər aparılır. Kəlbəcərdə elektirik stansiyalarının açılışı həm Kəlbəcər, həm də bütövlükdə Qarabağa qayıdacaq vətəndaşlarımızın yaşayışı və rifahı üçün müstəsna əhəmiyyətə malikdir.Bütövlükdə cənab Prezidentin Qarabağın hər bir bölgəsinə səfəri tarixi əhəmiyyət daşıyır.Çünki cənab Prezident orada yenidən yaşayışın və bərpanın təməllərini qoyur.
Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib.Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.
Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir.Erməni vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular.Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb.Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”lərdir.
Bu gün keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti vardır və cəmi altı ay ərzində bu yarımstansiya istifadəyə verilib.Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi aparılır. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaqdır.
Prezident İlham Əliyevin qeyd olunan nitqində də vurğuladığı kimi, hazırda qarşıda dayanan ən ümdə məsələ Qələbənin nəticələrinin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir. Odur ki, işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması günün tələbləri sırasında oldu.Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən ərazilərimiz sənaye, turizm, aqrar sektorda böyük potensiala malikdir.2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb.Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Əldə edilmiş tarixi Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək.Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.
Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Bu gün Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir.İnsanlar inanırlar ki, tez bir zamanda müharibədə olduğu kimi, ərazinin bərpa edilməsində də böyük uğurlar qazanılacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir.

Xanım İmanova- Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir

Qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi və mədəni irsi ilə, zəngin təbiəti və strateji-coğrafi mövqeyi ilə Azərbaycanın dilbər güşələrindən biridir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Kəlbəcər rayonunda sənaye əhəmiyyəti olan civə ehtiyatları yerləşir.Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir.Uzun illər rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərmişdir. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Ermənistanın işğalından sonra bölgənin təbii ehtiyatları qanunsuz istismar edilib. Hazırda “İstisu” ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran əsas vəzifələrdən biridir.
O cümlədən Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuş və Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır. O cümlədən 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğana -Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə, Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək.
Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş bütün ərazilərimizdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz ki, qısa zaman kəsiyində Kəlbəcər vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Vəfa Bayramova – Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi

44 günlük Vətən müharibəsində biz tək torpaqlarımızı qazanmadıq, eyni zamanda cəsurluğumuzu, qüdrətimizi, həmrəyliyimizi, siyasi əqidə birliyimizi bütün dünyaya nümayiş etdirdik. Bu milli birliklə Azərbaycan xalqı haqlı savaşında hərbi qələbəsini təmin etdi.
Son illər ölkəmizdə milli maraqlar üzərində qurulan siyasət, ölkədə fəaliyyət göstərən siyasi partiyaların ümumdövlət məsələlərində vahid mövqe nümayiş etdirməsi, sağlam iqtidar-müxalifət dialoqunun qurulması bütün dünyaya milli həmrəyliyimizin möhkəm əsasları olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, onun səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı Vətən müharibəsi zamanı qələbənin qazanılmasında mühüm rol oynadı.
Azərbaycan öz suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf etmək üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək Füzuli, Qubadlı, Cəbrayıl, Zəngəzur rayonlarını, Şuşa şəhərini, eləcə də 300 dən çox qəsəbə və kəndləri azad edərək düşməni sülhə məcbbur etmişdir.
Qələbəmiz sayəsində əldə etdiyimiz üçtərəfli bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Artıq işğaldan azad olunmuş torpaqlarda abadlıq –quruculuq işlərinə, yeni infrastuktur layihələrinin həyata keçirilməsinə başlanılmışdır. Ölkə başçısı tərəfindən bütün ərazilərdə böyük inkişaf təməllərinin atılması gələcəkdə regionda mühüm potensiala sahib olan bu ərazilərin iqtisadi inkişafını təmin edəcəyinə şərait yaradır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki