image-qanunla-reklam
image-kenan-696x394

Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub

image-lady-day-az

Yazıçı-publisist Kənan Hacının yeni kitabı işıq üzü görüb. “Hakimə açılan atəş” romanında Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpədə düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab Rayon Məhkəməsinin sədri Məhərrəm Məmmədovun həyat yolundan bəhs olunur.

Yazıçının Qanunla.Az-a verdiyi məlumata görə, əsərdə ədalətli hakim, el-obanın dərd-sərilə, qayğılarıyla yaşayan vətəndaş, mərd və döyüşkən şəxsiyyət obrazı yaradılıb.

Səkkiz aya yazılan “Hakimə açılan atəş” romanında Azərbaycanın müstəqillik qazandığı dövrdə baş verən hadisələrə də geniş yer verib.

“Hakimə açılan atəş” romanının Sumqayıt 1-ci Kitab Sərgisində təqdimat mərasimi keçirilib və sərginin ən çox satılan kitabları siyahısında olub.

Kənan Hacının verdiyi məlumata görə, 200-dən çox kitab satılıb. “Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında iynə atsaydın, yerə düşməzdi. Tədbirin təşkilatçısı ANİB- Azərbaycan Naşirlər İctimai Birliyidir. Mənim kitabım isə BIZ Klubun stendində nümayiş olunurdu. Kitab oxucular arasında böyük maraqla qarşılandı” – deyə yazıçı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki