image-qanunla-reklam
image-1643021238_1640766796_c2d070cd-3422-44d3-ab69-24f6306eacfa

“Kərbəlada müalicə alan müəllimlər” – İLGİNC MƏLUMATLAR

image-lady-day-az

Ötən ilin son günlərində, yəni 29 dekabr 2021-ci il tarixində “DogruXeber.az” informasiya portalında “Əlbir olub bir ayı bir şir ilə…” başlığı altında yazılı məlumat yayımlanmışdı. Məlumatda Yardımlı rayon Separadi kənd orta məktəbinin “Kərbəla” ziyarətinə gedən iki müəlliminin, “imza atdığı” qanunsuz əməllərindən bəhs edilirdi.

Linkə bax !

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Yardımlı rayon Separadi kənd orta məktəbinin müəllimləri Hüseynov Neman Mirhüseyn oğlu və hazırda təqaüddə olan Əliyev Bəxtiyar Xanış oğlu 08.10.2019-cu il tarixində yuxarıda da qeyd etdiyimiz kimi “Kərbəla” ziyarətinə getmək üçün ölkədən çıxıblar. 25.10.2019-cu ildə isə ölkəyə qayıdıblar.

İndi deyəcəksiniz, burda nə var ki,?!

Maraqlı olan işin o tərəfidir ki, hər iki müəllimin ölkəni tərk etdiyi gündən, yəni 08.10.2019-cu il tarixindən adlarına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Hələ üstəlik tam maaşları da təmin edilib.

Biz bu məlumatlar barəsində Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov araşdırıb, sonra redaksiyamıza məlumat verəcəyini bildirdi. Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə də eyni cavabı verdi.

Lakin, artıq ikinci aydır ki, hər iki rəhbər şəxsin araşdırmalarının nəticələri barəsində heç bir məlumat yoxdur. Amma, biz Baş Həkim Rasim Əkbərovla və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxlayan kimi, ardından Neman Hüseynov bizə zəng edib, “balaca oğlan” olmadığını diqqətimizə çatdırmışdı. Daha sonra təkrar zəng etdiyində isə redaksiyamıza gəlib, özü açıqlama verəcəyini bildirmişdi və xahiş etmişdi ki, “Manaf Səmədzadəyə , həmçinin Rasim Əkbərova bir də zəng etməyək. Onlar narahat olur”. Biz də onların narahatçılığına və həyəcanına anlayış göstərib susduq və rahat araşdırıb qanunda da göstərildiyi kimi bir ay müddətində cavab vermələrini gözlədik. Amma, görünür bu müddət onlarda məsuliyyət yerinə, rahatlıq yaratdığı üçün hələ də susmaqda davam edirlər. Məsələdən xəbərdar olsa da, adı çəkilmədiyi üçün Yardımlı rayon Prokurorluğu mövzuya kənardan seyirçi qaldı.

Dövlət Sərhəd Xidməti (DSX) də “daş atdı, başını tutdu”. Yəni, onlar da sorğumuzu hansısa bizə məlum olmayan səbəblərdən cavablandırmadı. Görünür, Neman Hüseynov doğrudan da “balaca oğlan” deyilmiş.

Eşitdiyimizə görə, bu qədər məsul qurumlarda “ikinci işi”ndən dolayı ona xüsusi adamlar, “xüsusi rəğbət” bəsləyirlər.

Bütün məlumatları bir materialda qeyd edib, mövzunu çox uzatmaq istəmirik. Amma, növbəti yayımlarımızda Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin kimliyi və fəaliyyəti, Rasim Əkbərovun Yardımlı rayon Mərkəzi Xəstəxanasında idarəçiliyi, həmçinin çalışqan, yaslarda mollalıq, toylarda tamadalıq edən, bir sözlə “daşdan çörək çıxaran” gənc müəllim Neman Hüseynovun yay aylarında, harda hansı işlərlə məşğul olduğu barəsində təfərrüatları diqqətinizə çatdıracağıq.

Ardı var…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki