image-970_50
image-1624105564_img-20210619-wa0009

“Khojaly Global Promotion-3” beynəlxalq peşəkar boks turniri keçiriləcək

image-728_90

İyunun 20-də “Xocalıya ədalət” şüarı altında “Khojaly Global Promotion -3” beynəlxalq peşəkar boks turniri keçiriləcək.

Qanunla.Az  xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Beach-Aqua Park” istirahət mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İranı da təmsil edən peşəkar idmançılar mübarizə aparacaqlar. Artıq bununla bağlı mətbuat konfransı da təşkil olunub. Tədbirdə iştirak edən “Khojaly Global Promotion”  şirkətinin prezidenti, promouter Ehram Məcidov yarış barədə məlumat verib. Federasiya rəsmisi turnirin keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdan ibarət olduğunu dedi:

“Bildiyiniz kimi, mən “Khojaly Global Promotion” şirkətinin prezidentiyəm. Bu şirkət Azərbaycanda ilk növbədə peşəkar idmanın inkişafı ilə məşğuldur. “Khojaly Global Promotion” şirkəti olaraq əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdrimək və xalqımızın başına gətirilən Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat proqramımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Kunq-Fu Federasiyası, Azərbaycan Muay-Tay və MMA Federasiyası və Peşəkar Boks Federasiyasının idmançıları “Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi yarışlarda iştirak edirlər. Yarışda 7 peşəkar boksçumuz iştirak edəcək. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan və İranı təmsil edən peşəkar boksçular da yarışacaqlar. Qeyd edim ki, budəfəki yarışda peşəkar boksçularla bərabər, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də olacaq.

Gələcəkdə “Khojaly Global Promotion” şirkətinin filiallarını açacaq və şirkətin inkişafı üçün çalışacağıq. Həmçinin dünya idmanının tanınmış simalarını Xocalı faciəsi ilə tanış edərək məlumatlandıracağıq.

Qeyd edək ki, turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunacaq. Döyüşlər Operativ Qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçiriləcək. Həm yerli, həm də xarici iştirakçıların hər biri COVİD-19 testi verəcəklər. Yarışlar saat 20:00-da başlanacaq.

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki