Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Yaponiyanın paytaxtı Tokioda 30 iyulda keçirilmiş “Super Rizin 2” turnirində iştirak edən idmançılarımıza dəstək olmaq məqsədilə bu ölkəyə səfər edib.
Qanunla.Az xəbər verir ki, həmin turnirdə döyüşən MMA ustası Tofiq Musayev və MMA döyüşçüsü Vüqar Kərəmov inamlı qələbə qazanıblar.
Onu da bildirək ki, MMA döyüşlərinə həsr edilmiş Rizin Qran-Prisi dünyada ən çox baxılan idman yarışlarından biridir.
Sevindirici haldır ki, bu dəfəki yarışlarda həmyerlilərimiz öz güclərini sınayıblar. Həm idmanımız adına, həm də ki, ölkəmizin tanınması baxımından belə yarışlar olduqca vacibdir.