image-qanunla-reklam
image-1719824431_bez-imeni-1-pic_32ratio_900x600-900x600-74795

Kiyevdə dövlət çevrilişi cəhdinin qarşısı alındı

image-lady-day-az

Ukrayna Təhlükəsizlik Xidməti ( SBU ) Kiyevdə Radanın binasını ələ keçirməyə və iğtişaşlar törətməyə cəhd edən təxribatçıları saxlayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukraynanın “Unian” nəşri məlumat yayıb.

İstintaqın məlumatına görə, şəriklər “görüş” keçirmək adı altında ölkənin hazırkı hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırıldığını elan etməyi və bundan sonra Ali Radanın binasını ələ keçirməyi və blokadaya salmağı planlaşdırıblar.

İnsanları toplamaq üçün “fəallar” Kiyevin mərkəzində guya dinc görüş təşkil etməyi və iştirakçıların əksəriyyətini “qaranlığa” cəlb etməyi planlaşdırıblar. Tədbirin təşkilatçısının artıq Ukrayna əleyhinə təxribatlarda iştirak etmiş ictimai birliyin rəhbəri olduğu üzə çıxıb.

Saxlanılan şəxslər nəzarətə götürülüb və onları on ilə qədər həbs gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki