image-qanunla-reklam
image-koceryan

Köçəryan gizli silahını işə sala bilər – Rusiyadan baxış

image-lady-day-az

Ermənistanın növbədənkənar parlament seçkilərində Mülki Müqavilə Partiyasının qalib gəlməsi bu mövzuda şərhlərimdə yanılmadığımı göstərdi. Amma hətta mən belə gözləmirdim ki, Paşinyanın partiyası 54 faiz səs toplaya bilsin. Demək ki, bu, Nikol Paşinyana rahatlıqla hökumətini formalaşdırmağa imkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Köçəryanın seçkiqabağı təşviqatının açıq şəkildə revanşist məzmunu sülh istəyən elektoratı ondan uzaqlaşdırdı:

“Köçəryanın İrəvanda tərəfdarlarının qarşısında Azərbaycana qarşı yeni müharibə açmaq istəməsi barədə qışqırıqları heç də orta statistik erməni əhalisinin planlarına daxil deyildi və əminəm ki, hazırkı erməni hərbçilərinin və ehtiyatda olanların əksəriyyəti, eləcə də onların ailə üzvləri Paşinyana yalnız onun dövründə yeni müharibənin dəqiq olmayacağı ümidilə səs veriblər.

Köçəryanın elektoratı da kütləvi şəkildə aldanmış oldu. Onlar bu sistemin radikal ritorikanın təsirinə daha çox məruz qaldı. Köçəryana isə dəstək Kremldən deyil, Rusiyanın kriminal pullarla yedizdirilmiş mətbuatından gəlirdi.

Etiraf etmək lazımdır ki, Rusiyanın kütləvi informasiya vasitələrində Ermənistanın eks-prezidenti Köçəryanın siyasi blokunun xeyrinə kütləvi və aqressiv təbliğat müşahidə olunurdu. Rəsmi Moskvanın siyasi kursuna zidd olaraq Rusiya mətbuatının bu tip fəaliyyəti mənim ölkəmin informasiya məkanında erməni kriminal dairələrinin nə qədər ciddi təsiri olduğunu göstərirdi.

Bu gün birmənalı şəkildə demək olar ki, Paşinyanın müstəqil şəkildə, koalisiya yaratmadan Ermənistanın yeni hökumətini — parlament çoxluğunun hökumətini formalaşdırmaq üçün bütün hüquqi əsasları var”.

Kuznetsovun sözlərinə görə, Paşinyanın yeni hökumətinin yeni kursunu iyulun əvvəlində görə biləcəyik:

“Amma artıq indidən aydındır ki, Ermənistanın yeni hökuməti yarandığı ilk gündən etibarən adaptasiya dövrü olmadan yeni geosiyasi reallıqlarda fəaliyyət göstərməli olacaq. Yeni reallıqlar isə göz qabağındadır.

İndi bir çox xarici politoloqu düşündürən bir sual qalır: Köçəryanın 2018-ci ilin yazında eks-prezident Sərkisyana qarşı baş tutan hiyləgər “Paşinyan planı”na oxşar bir planı varmı? Yəni Robert insanları səsvermənin nəticələrinin saxtalaşdırılmasına inandırıb, seçkinin qeyri-legitimliyi bəhanəsilə hakimiyyəti devirmək üçün küçələrə çıxara bilərmi?

Hesab etmirəm ki, bu, baş verə bilər və bunun da yeganə səbəbi var: Köçəryan Ermənistanda bütün sosial-siyasi potensialını səfərbər edib bu növbədənkənar parlament seçkilərində iştrak etdi. Bu güc onun maksimumu idi. Amma Köçəryanın bir gizli silahı da var: o, hərbi çevrilişə hazırlaşa bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki