image-qanunla-reklam
image-03a37670-86de-3b5f-bd68-5a04a9e1c64a_850

Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak olub

image-lady-day-az

Konqo Demokratik Respublikasının cənubunda yük maşınının qəzaya uğraması nəticəsində onlarla insan ölüb.

Bu barədə yerli “Actualite” nəşri bölgə səlahiyyətlilərinə istinadən məlumat verib.

Qeyd edilir ki, yük maşını idarəetmədən çıxaraq Yuxarı Katanqa əyalətində Kalume-Nqonqo çayına düşüb.

Əyalət hökumətinin sözçüsü Josef Kayumba qəza zamanı 50 nəfərin həlak olduğunu, yalnız 2 nəfərin sağ qaldığını bildirib.

Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdirir, ölənlərin sayı arta bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki