“Sülh müqaviləsinin razılaşdırılmış mətnində Sovet İttifaqı dağılana qədər hər iki ölkənin ərazilərində yaşamış və sonra həmin əraziləri tərk etmiş şəxslərin öz evlərinə və ya əcdadlarının yaşadığı ərazilərə qayıtması ilə bağlı heç bir müddəa yoxdur”.
Qanunla.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə çıxışı zamanı açıqlayıb.
“Biz Ermənistan konstitusiyası ilə bağlı Azərbaycan tərəfinin şərhini eşitdik. Təbii ki, sazişin razılaşdırılmış mətnində bununla bağlı heç bir şey yoxdur, sazişin mətnində ümumiyyətlə, birtərəfli qaydada tənzimləmə yoxdur. Həmçinin konstitusiyalarla bağlı heç bir tənzimləmə yoxdur.
Sülh sazişinin ratifikasiyası yenidən bizim Konstitusiya Məhkəməmizdən keçməlidir, bu halda biz bu məsələləri birdəfəlik bağlanmış hesab edə bilərik”, – Mirzoyan vurğulayıb.