Koroğlu metrosu yaxınlığında naməlum şəxs ətrafdakı vətəndaşlara hücum edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddiaya görə, sözügedən qadın məktəblilərə də hücum edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Ətraflı məlumat veriləcək.