image-970_50
image-koronavirus-covid

Koronanın ürək-damar sisteminə təsiri – Kardioloq

image-728_90

Postkovid sindromu yeni bir termindir, COVİD-19 infeksiyası keçirmiş xəstələrdə rast gəlinir.

Bu sözləri Axar.az-a açıqlamasında həkim-kardioloq Yusif Ağayev koronavirusun ürək-damar sisteminə təsiri haqda danışarkən deyib.

O bildirib ki, adıçəkilən sindromun əsas əlamətləri xroniki yorğunluq, iş qabiliyyətinin azalması, halsızlıq, süstlük, apatiya, yaddaş zəifliyi, iştahsızlıqdır:

“Ürək qan-damar sistemində meydana çıxa bilən əlamətlərdən ən çox rast gəlinəni ürəkdöyünmənin artması və qan təzyiqinin tez-tez dəyişməsidır. Belə hallarda mütləq həkimə müraciət olunmalı, təzyiq tərəddüdünün və taxikardiyanın digər səbəbləri də araşdırılmalı və müvafiq müalicə yazılmalıdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, koronavirus xəstəliyi qan laxtalanma sistemində pozğunluqlar törətdiyi üçün xırda qan laxtalarının (mikrotromb) əmələ gəlmə ehtimalı artır və bu zaman ürəyi qidalandıran koronar damarların həmin tromblarla tıxanması miokard infarktına səbəb ola bilir. Buna postkovid sindromu kimi yox, kovid infeksiyasının ağırlaşması kimi baxmaq lazımdır.

Tövsiyə edərdim ki, kovid keçirmiş xəstələr, xüsusilə də əvvəllər ürək-damar sistemində problemi olan şəxslər mütləq profilaktik olaraq kardioloqun müayinəsindən keçsinlər”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki