image-qanunla-reklam
image-korotsenko

Korotçenko: Minanın partlama videosuna diqqətlə baxın…

image-lady-day-az

Azərbaycanın Kəlbəcər rayonundakı minalar Ermənistan tərəfindən bu yaxınlarda qoyula bilərdi. Bu versiyanı kənara qoymaq olmaz.

Qanunla.Az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Videogörüntülərə diqqətlə nəzər salsaq, azərbaycanlı jurnalistlərin içərsində olan nəqliyyat vasitəsinin hərəkəti zamanı yolda qəribə izlərin (yeni qazılmış qruntdan sonra olduğu kimi) olduğunu müşahidə edə bilərik. “Kamaz” bu sahəni keçəndə partlayış baş verir. Yəni bu qazıntının təzə olduğu açıq-aydın görünür”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, əgər minalanma bu yaxınlarda baş veribsə – yəni sülh dövründə təxribat qrupu başqa dövlətin ərazisinə daxil olub və yolu minalayırsa, bu, şübhəsiz, beynəlxalq terrorizmdir:

“İstisna etmək olmaz ki, biz reqionda yeni təxribatların şahidi olacağıq. Bu, həm Azərbaycan vətəndaşlarına, həm də Rusiya sülhməramlılarına toxuna biləcək bir problem olacaq.

Yaranmış vəziyyətdə Ermənistana siyasi, iqtisadi təzyiq göstərmək lazımdır. Nə qədər ki, siyasi təzyiq yoxdur, nə qədər ki, kütləvi informasiya kampaniyası olmayacaq, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcək. Ermənistan başqa cür başa düşmür. Ancaq təzyiq!”

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki