image-qanunla-reklam
image-peskovv

Kreml: “İsgəndər”lərlə bağlı Bakı ilə müzakirə aparılır

image-lady-day-az

Qarabağda İsgəndər-M raketinin qalıqlarının aşkarlanması ilə bağlı Bakının informasiyası Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq halında müzakirə edilir.

Qanunla.Az xəbərr verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hərbçilərin xətti ilə sıx dialoq gerçəkləşdirilir, onun gedişində bütün müvafiq məsələlər müzakirə edilir”, – deyə o bildirib.

O, həmçinin Putinlə Əliyevin arasındakı telefon danışığı zamanı Azərbaycan Ordusunun vurduğu Mi-24 vertolyotları ilə bağlı müzakirənin aparılmadığını deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki