image-qanunla-reklam
image-gurcu-polis

Kriminal qruplaşmaya qarşı əməliyyat: 7 nəfər saxlanıldı

image-lady-day-az

Gürcüstanın İmereti bölgəsində kriminal qruplaşmaya qarşı əməliyyat keçirilib.

Qanunla.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb.

Kriminal qruplaşmanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif bizneslərə qarşı qanunsuz təsir göstərdiyi müəyyən edilib.

Saxlanılan şəxslərə qarşı açılmış cinayət işləri üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki