KTMT-nin Azərbaycan üçün xoşagəlməz bir şey etmək istəmədiyinin Ermənistan artıq neçənci dəfədir ki, şahidi olur.
Qanunla.Az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib.
“KTMT-də hesab edirlər ki, Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar Ermənistanın cənubunda vəziyyətin gərginləşməsi sadəcə bir sərhəd insidentidir və təşkilatın kollektiv müdafiə haqqında Nizamnaməsinin müddəalarına uyğun gəlmir”, – Akopcanyan qeyd edib.
Erməni politoloqun iddiasına görə, guya Ermənistan ərazisində “minlərlə Azərbaycan əsgəri var” və Bakı ilk növbədə, KTMT-nin mövqeyini bildiyinə görə heç yerə tərpənməyəcəyini bildirir:
“Artıq bizim də bunları dərk etməyimizin vaxtı gəlib çatdı:
1. KTMT Ermənistanın maraqlarının qorunması baxımından faydasız bir təşkilatdır.
2. Bu təşkilatdan çıxmaq lazımıdır.
Lakin bunu etmək üçün siyasi cəsarət lazımdır. Bu cəsarət isə bizdə yoxdur”.