image-qanunla-reklam
image-270742033_1331846190577702_5773605877265558337_n

KTMT-nin hərbi kontingenti Qazaxıstanda fəaliyyətinin icrasına başladı – VİDEO

image-lady-day-az

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.

Bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.

“Yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstan Respublikasına göndərilib”, – məlumatda qeyd olunur.

Hərbi qurumun tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxildir.

KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik göstərməkdir.

Rusiya Federasiyasından Kollektiv Sülhməramlı Qüvvələrinin tərkibinə Hava Desant Qüvvələrinin bölmələri və hərbi hissələri daxil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki