image-qanunla-reklam
image-img_20210427_222109

“Kulturalogiya və Azərbaycanda yüksək mədəniyyətli insanların inkişafı” mövzusunda onlayn tədbir keçirildi-FOTOLAR

image-lady-day-az

27.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü Gəncə şəhər və Samux rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Kulturalogiya və Azərbaycanda yüksək mədəniyyətli insanların inkişafı” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün tədbir iştirakçılarını salamladı.

Çıxış üçün söz alan kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvü Fuad Əliyev öz çıxışında bu gün dünyada sözünü deməyi bacaran müstəqil Azərbaycanın xüsusən kultrologiya sahəsində daha da inkişaf etdirilməsinin vacibliyindən, bəhs etdi.
Kultroloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosayasının prezidenti, Azərbaycan Kultrologiya elminin yaradıcısı Fuad Məmmədov Azərbaycanda bu gün kultrologiya elminin vəziyyəti, problemləri, dövlətin bu sahənin inkişaf etdirilməsi uğrunda atdığı ciddi addımlardan geniş bəhs etdi. Fuad Məmmədov Mircəlal Paşayev adına ev muzeyinin direktoru İradə İbayevanın, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərovanın, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimovun, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimovanın, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazovanın suallarını cavablandırdı.
Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA Gəncə Bölməsi üzrə məsul nümayəndəsi – fəlsəfə doktoru Elnur Həsənov həmçinin regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları və nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində gəaliyyət göstərən müəssisə və təşkilatlar iştirak etmişdir.

image-fb_img_1619547468532

image-fb_img_1619547476383image-fb_img_1619547480587image-fb_img_1619547489228image-fb_img_1619547494333image-fb_img_1619547500341image-fb_img_1619547505182image-fb_img_1619547509804image-fb_img_1619547514282


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki