image-qanunla-reklam
image-1625901422_a89171d3-6752-30cf-bab5-3a3660f67134_850

Kür çayından naməlum kişi meyiti tapıldı

image-lady-day-az
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki