image-qanunla-reklam
image-kur

Kürdə suyun səviyyəsi yenidən azalıb – VİDEO

image-lady-day-az

Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi azalır. Bu daha çox çayın aşağı axınında, Salyan rayonundan keçən hissəsində müşahidə olunur.

Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Bu da sakinləri ciddi narahat edir.

Təkcə son 20 gündə çayda suyun səviyyəsi iki metrdən çox aşağı düşüb. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır.

Mütəxəssislərin fikrincə, Kür çayında bundan sonra da azalmalar müşahidə olunarsa, yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər.

Ətraflı Baku TV-nin süjetində:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki