image-qanunla-reklam
image-203655278_1225522064556801_5682521199007174834_n

Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “ Biz Heydər Əliyev ordusunun əsgərləriyik ”  adlı tədbir keçirildi

image-lady-day-az

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “ Biz Heydər Əliyev ordusunun əsgərləriyik ”  adlı tədbir keçirildi. Keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində könüllü və səfərbərliklə iştirak edən bir qrup könüllü Beyləqan gəncləri ilə görüş keçirildi.Tədbirin əsas mahiyyəti Vətən müharibəsində iştirak edən gənclərimizi tanımaq və tanıtdırmaqdır. Tədbirdən öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi gənclərdə vətənpərvərlik hissinin daha da inkişaf etməsinə təkan verdi. Eyni zamanda yetişməkdə olan gəncliyin vətənpərvər ruhda böyüməsinə stimul verdi. Bu günün məktəblisi, sabahın gənci aydın şəkildə gördü ki, torpaqlarımızı düşmən tapdağından azad edən oğullar diqqətdən kənarda qalmadı. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, işğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır.
Sonra isə Tarix Diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova bildirdi ki, Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti on minlərlə gəncimizi Vətən müharibəsindəki xidmətlərinə görə dövlətimizin ali orden və medalları ilə təltif edib. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar.
Daha sonra çıxış edən könüllülər bildirdilər ki, Vətən müharibəsindəki bu qələbə bizi arxayınlaşdırmamalıdır, nə qədər sülhməramlı olsaq da yerləşdiyimiz geosiyasi mövqeyə görə həmişə özümüzü müdafiyəyə hazır olmalıyıq.Bu müharibə bizə bir daha göstərdi ki, cənab Ali Baş Komandanın apardığı uğurlu siyasətə sadiq olmalı, xarici və əsas da daxili təxribatlara aldanmamalıyıq. Nə qədər ki İlahi ədalət bizimlədir, xalq, dövlət birliyi var bizim uğurlarımız daim olacaq, çünki bizim qalibiyyətimizin əsasını birliyimiz təşkil edir.

Açıklama yok.

Açıklama yok.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki