image-qanunla-reklam
image-kurdemir

Kürdəmirdə ağır qəza: ölən və yaralanan var

image-lady-day-az

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Qanunla.Az  Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Land Rover” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini 58 yaşlı Elman Qüdrət oğlu Şükürov elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin, Ucar sakini 29 yaşlı Ələkbər Rafiq oğlu Səfərəliyev isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına, daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki