image-qanunla-reklam
image-16179786096429531601_367x266

Kürdəmirdə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

image-lady-day-az

Kürdəmirdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini, 1977-ci il təvəllüdlü Hüseynov Altay Rüstəm oğlunun COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Qanunla.Az xəbər verir ki, bir neçə gün öncə Altay Hüseynovun koronavirus xəstəliyi ilə bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və evdən çölə çıxmamasını tövsiyə ediblər. Eyni zamanda, polis əməkdaşları da aktiv koronavirus xəstəsi olan Altay Hüseynovun yaşadığı evə baş çəkərək, onunla profilaktik söhbətlər aparıblar. Polislərin və həkimlərin tövsiyəsinə məhəl qoymayan Altay Hüseynov yaşadığı evdən çıxıb və digər insanların virusa yoluxmasına şərait yaradıb.
Rayon polis şöbəsinin əməkdaşları Altay Hüseynovun yerini təsbit edərək onu saxlayıblar. Profilaktik söhbətlərdən sonra o, yaşadığı evə geri qaytarılıb. Hazırda Altay Hüseynov barəsində Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

image-16179786223886714283_750x500image-16179786096429531601_367x266

image-1617978622465769065_750x500


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki